Oktyabr 22, 2021 2:25 axşam
Oktyabr 22, 2021 2:25 axşam

Pulsuz çatdırılma satışlara necə təsir edir?

Pulsuz çatdırılma – Google-dan yeni tədqiqat.

Yeni məqaləmizdə Google Consumer Surveys tərəfindən aparılan maraqlı bir sorğunun nəticələrini sizinlə bölüşmək istərdim. Toplanan statistika ilk növbədə internet marketoloqlar və onlayn mağaza sahiblərini maraqlandıracaq: fiziki məhsulun (rəqəmsal deyil, real: paltar, ayaqqabı və s.) pulsuz çatdırılmasının olub-olmaması müştərilərə təsir edən həlledici factor kimi götürülüb; ikincisi, sorğu hədəf kütlələrinin düzgün seqmentləşməsinin üsullarını göstərir. Bunu isə əlbəttə ki, hər hansı sahibkar və ya marketoloq üçün öyrənməyə dəyər. Beləliklə PULSUZ ÇATDIRILMA niyə bu qədər önəmlidir?

Toplanmış statistika

Sorğu iştirakçılarına aşağıdakı sual verilib:

Təsəvvür edin ki, Yeni il / Milad bayramı ərəfəsində İnternetdə bir məhsul axtarıb tapırsınız. Ancaq tapdığınız onlayn mağaza pulsuz çatdırılma təklif etmir. Növbəti addımlarınız nə olardı?

Üç seçim təklif edildi və iştirakçıların cavabları aşağıdakı kimi bölündü (kateqoriyalara bölmədən bütün müsahibə iştirakçıları):

  • Pulsuz çatdırılma təklif edən sayt axtaracam – 47,7%;
  • Eyni məhsulu təklif edən ən yaxın oflayn mağaza axtaracam – 32.2%;
  • Çatdırılma ödənişini edərək məhsulu alacam – 20,2%.


İndi isə gəlin daha detaylı statistiklərə baxaq:

Kişilərin cavabı:

  • Pulsuz çatdırılma təklif edən sayt axtaracam – 47,3%;
  • Eyni məhsulu təklif edən ən yaxın oflayn mağaza axtaracam – 29,1%;
  • Çatdırılma ödənişini edərək məhsulu alacam – 23,6%.

Qadınlar isə həmişəki kimi rasionallıqları ilə seçildilər:

  • Pulsuz çatdırılma təklif edən sayt axtaracam – 48,0%;
  • Eyni məhsulu təklif edən ən yaxın oflayn mağaza axtaracam – 35,0%;
  • Çatdırılma ödənişini edərək məhsulu alacam – 16,9%.

Daha da irəli gedərək Google tədqiqatçıları sorğu iştirakçılarına daha bir sual verdilər:

Məhsulu online-mağazadan almaq üçün çatdırılma qiyməti üçün nə qədər endirim istəyərdiniz?


Və yenə 3 cavab variantı təklif olundu:

  • Endirim istəməzdim, çatdırılmanın tam ödənişini özüm ödəyərdim
  • Mənə yerüstü nəqliyyatla pulsuz çatdırılma istəyərdim
  • Mənə 2 gün müddətində pulsuz çatdırılma istəyərdim

Birinci hissədə olduğu kimi bu dəfə də çox maraqlı cavablar əldə olundu.

Beləliklə, öz hesabına çatdırılmanın ödənişi tam ödəmək istəyənlər yaş qruplarına görə aşağıdakı kimi bölündü:

  • 18–24 yaş arası — 34,5%;
  • 25–34 yaş arası — 32,7%;
  • 35–44 yaş arası — 25,4%;
  • 45–54 yaş arası — 23,9%;
  • 55–64 yaş arası — 22,3%;
  • 65 yaş və daha çox — 26,8%.

Burada maraqlı bir məqam ortaya çıxır: öz hesabına ödəməyə üstünlük verənlər ya ən gənc iştirakçılar (gənclərə xas səbrsizlik öz sözünü deyir) ya da ən yaşlılar idi (zamanın puldan daha dəyərli olduğunu başa düşənlər).

Yerüstü nəqliyyatla pulsuz çatdırılmaya üstünlük verənlər isə aşağıdakı kimi bölündü:

  • 18–24 yaş arası — 47,3%;
  • 25–34 yaş arası — 41,6%;
  • 35–44 yaş arası — 52,5%;
  • 45–54 yaş arası — 58,9%;
  • 55–64 yaş arası — 64,4%;
  • 65 yaş və daha çox — 56,2%.

Qeyd edək ki, əldə olunan statistik məlumatların ortalamasından (50%-dən çox) göründüyü kimi yerüstü nəqliyyatla da olsa pulsuz çatdırılma sifarişin baş tutması üçün ciddi bir səbəbdir.

2 gün ərzində pulsuz çatdırılma isə aşağıdakı rəqəmlərdən göründüyü kimi ciddi bir maraq oyatmayıb:

Məqalənin sonunda belə nəticəyə gələ bilərik ki, pulsuz çatdırılma onlayn mağazanızın marketinqi üçün əvəzolunmaz bir amildir, hansı ki çox sadə, eyni anda sifarişin baş tutması və ümumi rəqabətlilik üçün həlledici alətdir.

Məqalə google.com materiallarının əsasında yazılmışdır.

Məqalələrdən xəbərdar olmaq üçün şəxsi bloqumu (www.elminiskander.com) izləyin!

0.00 avg. rating (0% score) - 0 votes
Paylaş

Oxşar məqalələr

Avatar for Elmin İskəndər
Avatar for Elmin İskəndər
2 Comments
Avatar for Elmin İskəndər
[…] məqaləni oxumaq üçün buraya klik […]
Avatar for Elmin İskəndər
Yusif Ağayev May 20, 2021
| | |
Cidden cox onemlidi. Pulsuz catdirilma deyende ele bilirler ki qenaet elediler😂