Oktyabr 22, 2021 5:14 səhər
Oktyabr 22, 2021 5:14 səhər

Startap (startup) şəhadətnaməsini necə əldə etmək olar?

Bonpini MMC startup layihəsi olaraq Dövlət tərəfindən Startap Şəhadətnaməsi ilə təltif olunduq!

Bonpini layihəsi, hər zaman olduğu kimi, diqqət mərkəzindədir! Yenə öndə gedənlərin sırasında olduq 🙂 7 İyun 2021-ci tarixində biz və daha 2 startap layihə Startap şəhadətnaməsi ilə təltif olundu və qeyd edim ki, hal-hazırda Azərbaycan üzrə ilk bu sertifikatı əldə edən məhz biz olduq! Beləliklə ölkədə 3 startup sertifikatı alan varsa, onun da biri BİZİK!


Gəlin ilk növbədə aydınlaşdıraq ki, bu Startap Şəhadətnaməsi nədir?
Startap şəhadətnaməsi – sadə dildə desək, bir layihənin dövlət tərəfindən innovativ, yenilikçi fəaliyyəti ilə məşğul olduğunu təsdiq etməsi və buna görə də həmin biznes subyektlərini 3 il müddətinə mənfəət və gəlir vergisindən azad etməsi deməkdir.


Bu Startap Sertifikatının üstünlükləri nədir?
1) Əvvəla layihəmiz rəsmi olaraq dövlət tərəfindən ənənəvi biznes deyil, məhz innovativ olduğunu təsdiqlədi
2) İkincisi: 3 il müddətinə gəlir və mənfəət vergisindən azad olunduq, ki bu da bizim üçün dəstəkdir!
3) Üçüncüsü: layihəmin innovativ layihələr fonduna (ya da necədirsə, ona) əlavə olundu və gələcəkdə hər hansı qrant, investisiya layihələri dövlət tərəfindən təşkil olunarsa, bizim layihə öndə olanlardan olacaq
4) Dördüncüsü: xaricdən investisiya cəlb etməkdə də bu sertifikat kömək ola bilər

Bilməyənlər üçün məlumat verim ki, Bonpini – Evi və ya ofisi paylaşaraq kirayələmək imkanı verən online platformadır. Daha ətrafı məlumat üçün elə öz saytından baxa bilərsiniz.

Yaxın gələcəkdə planımız odur ki, Bonpini-nin tamamilə avtomatlaşdırılmış və yeni saytını, daha sonra isə mobil tətbiqini istifadəyə verək və Azərbaycanda sınaq müddətini keçdikdən sonra Ukraynada fəaliyyətə başlayaq.

Startap Şəhadətnaməsini necə əldə etmək olar?

Əgər siz də bu şəhadətnaməni əldə etmək istəyirsinizsə, o zaman Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) veb-saytına daxil olaraq burada qeyd olunan ərizə formasını dolduraraq info@smb.gov.az mail ünvanına göndərirsiniz. 5-6 iş günü ərzində ərizəyə baxıb sizə düzəlişlər haqda məlumat verəcəklər. Daha sonra 10 nəfərdən ibarət komissiya tərəfindən layihəniz və ərizədə qeyd olunan məlumatlar analiz olunur və əgər layihəniz Nazirlər Kabinetinin təyin etdiyi meyarlara uyğun gəlirsə, sizinlə əlaqə saxlanılır və xəbər verilir. Qalır sonuncu mərhələ: sizi KOBİA-ya dəvət edərək Startap şəhadətnaməsini təhvil verirlər!
Ərizə formasını buradan yükləyə bilərsiniz:

Xüsusən məlumat verməli olduğunuz məlumatlar bunlardır:

  • məhsulun (xidmətin) bazarda payı ilə bağlı bazar araşdırması və marketinq planı, onun bazar potensialı;
  • məhsulun ixrac və ya idxalı əvəzetmə potensialı (əsaslandırma ilə);
  • məhsulun (xidmətin) unikallığı və rəqabətqabiliyyətliliyi (əsaslandırma ilə);
  • investisiya planı;
0.00 avg. rating (0% score) - 0 votes
Paylaş
0 Comments

No Comment.