Oktyabr 24, 2021 3:40 axşam
Oktyabr 24, 2021 3:40 axşam

StartAp-çı nələri bilməlidir?

Startap layihəyə başlayanda, bütün bizneslərdə olduğu kimi, ilk başda çox işi özün görməli olursan, çünki hər öhdəlik üçün işçi və ya komanda yoldaşı götürmək çətin olur.

Resurslar əldə edənə qədər bir startapçi nələri bilməlidir, ki layihəsini inkişaf elətdirə bilsin?

İdarəçilik

İdarəçilik xüsusiyyəti bəzən daha güclü və ya zəyif ola bilər, bəzən isə ümumiyyətlə olmur. Hər bir halda bu, anadangəlmə bir şey olmadığı üçün, idarəçilik bacarığını inkişaf elətdirmək olar. Bunun üçün bu mövzuda olan ədəbiyyat, təlimlər (bəzən pulsuz) və təcrübə lazımdı.

Satış bacarığı

Bu xüsusiyyət, hesab edirəm ki, nəyin ki startapçıda, hər kəsdə olmalıdır, çünki həyatımız boyu nəyisə satmağa çalışırıq: investor və yeni komanda üzvlərinə ideyalarımızı, işə götürənlərə özümüzü (kadr olaraq), təsir etmək istədiyimiz insanlara fikirlərimizi və sair və ilaxır.

Satış bacarığını da ədəbiyyat, təlimlər və təcrübə hesabına inkişaf elətdirmək olur.

Ənənəvi və rəqəmsal marketinq

Ənənəvi və rəqəmsal marketinq anlayışı əslində dəryadır, lakin bu dəryadan sırf nələri startapçı bilməlidir aşağıda qeyd edəcəm:

– Facebook Ads-lərin ayarlanması. Bunu ya Facebook Ads Manager ya da Facebook Business Suite-dən etmək olar.
– Facebook Ads növlərini, hər növün digərlərindən fərqini və məqsədini, və daha yüksək effekt üçün reklam növlərinin hansı ardıcıllıqla istifadə olunmasını. Ənənəvi marketinqi isə səthi də bilsəniz, yürütdüyünüz rəqəmsal marketinq də daha effektiv olar.
– Google Ads növlərini, ayarlanmasını və nəticələrin analiz olunmasını.
– E-mail marketinqdən Mailchimp alətindən istifadə etməyi, müştəri bazasını yığmağı bilsəniz, ilk başda kifayət edəcək

Bu tərəfinizi inkişaf elətdirmək üçün Google-un Skillshop platforması, Facebook-un Blueprint  platforması, bu mövzuda bloq və videolar sizə kömək edəcək. Bu sahədə olan peşəkarların təlimlərin də xeyiri olar ki, ziyanı olmaz.

Microsoft Office proqramlarından sərbəst istifadə.

Startapçı dediyiniz tez-tez təqdimatlar hazırlamalı (PowerPoint), diaqram və cədvəllər qurmalı (Excel), e-mail yazışmalar aparmalı (OutLook) və digər informativ sənədlər hazırlamalıdır (Word).

Tez-bazar saytın yaradılması

Wordpress-lə-sayt-yaratmaq
WordPress-lə-sayt-yaratmaq

Bu gunlərdə hər hansı biznesi saytsız təsəvvür etmək çətindir, odur ki, hər startapın  veb-saytı olmalıdır. Bunun üçün aşağıdakı texnologiyalardan birini istifadə etmək olar:

– WordPress və digər CMS-lər (Ətraflı məlumat)
– Wix.com və digər sayt konstruktorları

Google Analytics və Yandex Metrika

Saytınız varsa, sayta daxil olan ziyarətçilərin sayını, haradan daxil olduğunu, necə hərəkət etdiyini, hansı səhifədən daxil olduqlarını və tərk etdiyini, hansı düyməni və ya keçidi nə qədər klik etdiyini və digər bir çox statistik məlumatları əldə etmək üçün Google Analytics və Yandex Metrika sizə kömək edəcək.

Taskların idarəolunması (Clikup)

Task – sadə dildə desək, məntiqi yekunu olan bir tapşırıq.

Hər birimizin öhdəsində minimum 10 öhdəlik var və hər gün bu öhdəliklərin üstünə minimum əlavə daha 5-6 öhdəlik gəlir. Bunları düzgün idarə etməsək başımız “qazana dönər”, bu isə, öz növbəsində, zehni məhsuldarlığımızı ciddi şəkildə aşağı salar və vaxtsız beynimizi yorar. Nəticədə o qədər də təcili olmayan öhdəliklər yerinə yetirildiyi təqdirdə, təxirə salınmaz işlərimiz gecikmiş olur və ümumi prosesdə axsamalar yaranar. Buna görə taskları düzgün idarə edəndə:

– Görməli olduğunuz bütün işlərin siyahısını görürsüz və beyninizdə saxlamağa ehtiyac qalmır. Zehin açıqlığı əldə edirsiniz.
– İşlərin sırasında ən önəmli və təcili olanları önə salıb vaxtında yerinə yetirirsiniz
– Böyük taskları alt tasklara bölərək xırda-xırda addımlarla böyük yolu, özünüz də fərqinə varmadan, qətt etmiş olursunuz.

Şəxsən mən Clikup istifadə edirəm və sizə də tövsiyə edirəm.

Biznes planın yazılması

Siz öncədən məşğul olduğunuz biznesi planlamalısınız. Planlamada aşağıdakı suallara cavab verməyiniz lazımdır:

– Biznesin əsas və ikinci dərəcəli gəlir növləri hansılardır
– Rəqibləriniz kimdir
– Sizin reqiblərdən üstünlüyünüz nədir?
– Bir satış nə qədər dövriyyə gətirir və maya dəyəri nə qədərdir. Burdan yola çıxaraq xalis gəliri hesablaya bilirsiniz
– Partnyorlarınız kimlər ola bilər
– Sizə hansı resurslar lazımdır və onlardan hansılar sizdə var və ya yoxdur
– Unikal təklifiniz tam olaraq nədir
– Müştərilərlə münasibətinizi necə yaxşılaşdira və daim yüksək səviyyədə saxlaya bilərsiniz ( ad günü təbrikləri, endirimlər və sair)
– 1 il, 3 il və 5 il sonra biznesinizin necə dəyişməsini gözləyirsiniz

SWOT analiz

Startap üçün swot analiz

SWOT analiz onun üçündür ki, sahibkar biznesinin daxili resurslarını və ona xaricdən təsir edə biləcək faktorları öncədən görə bilsin və hazırlıqlı olsun. Bu məqamları sadəcə başa düşmək belə sizə büdcə və vaxtınıza qənaət etmək imkanı verir.

Bu analiz növünə görə kommersiya layihəsinin uğurlu inkişafı üçün aşağıdakı tərəfləri nəzərə almalısınız:

  • S (strength) – güclü tərəflər. Bu, sizin üstünlüklərinizi, dəyərlərinizi və unikal təkliflərinizi əhatə edir. Güclü tərəflərin hesabına şirkət satışları və bazar payını artırır, rəqabətdə isə daha uğurlu olur.
  •  W (weakness) – zəyif tərəflər. Çatışmazlıqlar, harda və hansı mövzuda siz rəqiblərinizə uduzursunuz. Bu xüsusiyyətlər gəlirin artmağına mane olur, inkişafı zəyiflədir və sizi geriyə atır.
  • O (opportunities) – imkanlar. Bu, sizin əlinizdə olan və müsbət təsir verəcək imkanlardır. Məsələn, əməkdaşların peşəkarlığını artırmaq, daha effektiv marketinq strategiyası seçmək və sair.
  • T (treats) – risklər. Sizin qərarlarınızdan asılı olmayan xarici faktorlar, çətinliklər.

TOWS analiz – SWOT analizin verdiyi nəticələrin emal olunması prosesidir. TOWS  analiz sizə imkan verir ki, güclü tərəflərinizi (strength) istifadə edərək, imkanlarınızı (opportunities) maksimum artırasınız və risklərinizi (treats) azaldasınız.

Hesab edirəm ki, bir startapçı bunları bacarmalı və ya komandaya bunları bacaran üzvləri cəlb etməlidir.

Bunların hamısını kompleks şəklində əldə etmək istəsəniz, səhifəni(@elminiskander) və saytı izləməyə davam edin və yaxın zamanda “Startapçı Paketi” deyə bir təlimlər silsiləsinə qoşulmaq şansını itirməyin!

0.00 avg. rating (0% score) - 0 votes
Paylaş
0 Comments

No Comment.