Oktyabr 27, 2021 7:48 səhər
Oktyabr 27, 2021 7:48 səhər

WhatsApp Business-də Sponsorlu reklam

2021-ci ilin birinci rübünün nəticələrindən sonra keçirilən konfrans zəngi zamanı Facebook rəhbəri Mark Zuckerberg xoş xəbəri açıqladı: WhatsApp Business tətbiqetməsində yeni bir xüsusiyyət istifadəyə veriləcək.

WhatsApp Business-də Şirkət profilindəki virtual məhsul kataloqundan istifadə edərək reklamları tez bir zamanda yaratmaq mümkün olacaq. “WhatsApp-a yaz” düyməsi ayarlanmış elanlar Instagram və Facebook-da görünəcəkdir.

Əvvəllər reklam yaratmaq üçün Facebook Ads Manager-dən istifadə etməliydiniz. İndi isə bunu WhatsApp Business mobil tətbiqində etmək mümkün olacaq.

Mark Zuckerberg mesajlaşmanın bir çox müəssisə sahibi üçün çox vacib olduğunu qeyd etdi. Buna görə növbəti addım müştəri mesajları ilə işləmək üçün alətlərin hazırlanmasıdır.

Yenilik haqqında nə düşünürsünüz?

Məlumat vc.ru saytından götürüldü.

Məqalələrdən xəbərdar olmaq üçün şəxsi bloqumu (www.elminiskander.com) izləyin!

0.00 avg. rating (0% score) - 0 votes
Paylaş
Avatar for Elmin İskəndər
Avatar for Elmin İskəndər
2 Comments
Avatar for Elmin İskəndər
Vasif May 12, 2021
| | |
Çoxdandı gözləyirəm əslində bunu)